...

Şahin Mustafayev BƏƏ-yə gedir

İqtisadiyyat Materials 18 Aprel 2017 17:38 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedir.
Şahin Mustafayev BƏƏ-yə gedir

Bakı. Trend:

Bu gün İqtisadiyyat naziri, Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək səfər çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamları arasında görüş, eləcə də bir sıra ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti