...

"Kapital Bank" filiallarında avtomobili kreditlə sığortalamaq olar

İqtisadiyyat Materials 20 Aprel 2017 10:32 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq "Kapital Bank" filiallarında PAŞA Sığortanın avtomobil sığortası məhsulunun kreditlə satışı həyata keçirilir.
"Kapital Bank" filiallarında avtomobili kreditlə sığortalamaq olar

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq "Kapital Bank" filiallarında PAŞA Sığortanın avtomobil sığortası məhsulunun kreditlə satışı həyata keçirilir.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilər bankın Bakı, Sumqayıt şəhərləri və Abşeron, həmçinin Gəncə, Lənkəran, Şəki, Zaqatala, Xaçmaz, Şirvan, Göyçay, Bərdə və Ağsu şəhərlərində yerləşən filiallarında avtomobillərin icbari sığortasını əldə edə bilərlər.

Avtomobillərin sığortasının dəyərini "Kapital Bank"dan əmək haqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti