...

Daha 2 şirkət Bakı Şopinq Festivalında

İqtisadiyyat Materials 21 Aprel 2017 10:04 (UTC +04:00)
La Parfumerie mağazasında şopinq indi daha sərəfli oldu.
Daha 2 şirkət Bakı Şopinq Festivalında

Bakı. Trend:

Məşhur La Parfumerie mağazası da Bakı Şopinq Festivalına qoşulan brend mağazalar sırasında öz yerini aldı.

Festival münasibətilə mağazada alıcılar üçün xüsusi güzəşt kampaniyası başlandı. Bu gündən etibarən Bakı şəhəri, Nəzimi rayonu, Nizami küçəsi, 83 ünvanında yerləşən La Parfumerie mağazası böyük endirimlərə start verildi.

Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

La Parfumerie mağazasında bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər.

Bakı Şopinq Festivalından daha bir inanılmaz fürsət

Paytaxtımızda fəaliyyət göstərən “Loro Piana” mağazası da festivala qoşularaq alıcılar üçün xüsusi güzəşt kampaniyasına start verdi. Bu gündən etibarən Bakı şəhərinin mərkəzində - Rəsul Rza küçəsi, 4 ünvanında yerləşən “Loro Piana”da endirimlər başladı.

Molokan bağının yanında yerləşən, qadın, kişi və uşaq geyimlərinin satışı ilə məşğul olan bu mağazada seçilmiş mallara Bakı Şopinq Festivalı günlərində endirimlər tətbiq edilib. Bu fürsət dən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər! Festivaldan sonra belə sərfəli endirimlər olmayacaq.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: telefon: 0124982063, e-mail: [email protected], web: www.bakushopfest.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti