...

İsveçrə şirkəti Bakıda (FOTO)

İqtisadiyyat Materials 21 Aprel 2017 14:36 (UTC +04:00)
Bakıda “Evim inşaat” izolyasiya şirkəti və BSC Consulting & Outsourcing şirkətinin təşkilatçılığı ilə İsveçrənin qaynaq aparatları istehsal edən “Leister” şirkətinin praktik seminarı keçirilib.
İsveçrə şirkəti Bakıda (FOTO)

Bakı. Trend:

Bakıda “Evim inşaat” izolyasiya şirkəti və BSC Consulting & Outsourcing şirkətinin təşkilatçılığı ilə İsveçrənin qaynaq aparatları istehsal edən “Leister” şirkətinin praktik seminarı keçirilib.

BSC Consulting & Outsourcing şirkətindən Trend-ə verilən məlumata görə, tədbir 20 illik böyük tarixə malik BSC Consulting & Outsourcing şirkətinin təqdimatı ilə başlayıb. Şirkət rəhbəri İkram Mütəllimov şirkətin maliyyə, insan resursları, hüquq sahəsində göstərdiyi xidmətlər tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra Leister şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi olan “Evim inşaat” izolyasiya şirkətinin həyata keçirdiyi layihələr haqqında məlumat verilib. Qeyd edilib ki, həyata keçirilmiş müxtəlif izolyasiya işlərində (səsdən, sudan, yanğından, isti və soyuqdan izolyasiya) eyni zamanda Leister şirkətinə məxsus qaynaq avadanlıqlarından da istifadə edilib.

Daha sonra “Leister” şirkətinin regional direktoru Vadim Şostik ölkəmizə gəlməsindən şad olduğunu və belə seminarların tez-tez keçirilməsinin vacibliyindən, ölkəmiz üçün tikinti sektorunun inkişafında böyük fayda olacağını qeyd edib.

Bildirilib ki, Leister avadanlıqları bütün növ istehsal sektorunda, neft- kimya sənayesində, inşaat sektorunda, müxtəlif diametrli boru çəkilişlərində və təmirində, izolyasiya işlərində, maşın təmiri, tent, reklam çap-montaj işlərində geniş istifadə olunur. Avropada olduğu kimi artıq Leister avadanlıqları ölkəmizdə də geniş istifadəçi kütləsi toplamış və böyük rəğbət qazanıb.

3 saat davam edən praktik seminarda Vadim Şostik, Leister plastik qaynaq aparatlarının işləmə mexanizmini, görə biləcək imkanlarını canlı olaraq seminar iştirakçılarına göstərmişdir. BİTUMAT B2, UNİFLOOR S, UNİPLAN E, TWİNNY T və bu kimi digər avadanlıqların işləmə mexanizması iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və əyani şəkildə aparatlardan istifadə qaydalarını tətbiq ediblər.

Sonda Vadim Şostik, gələn bütün iştirakçıların aktiv şəkildə iştirakına görə öz təşəkkürünü bildirmiş, seminarın yüksək şəkildə təşkilatçılığına görə BSC Consulting & Outsourcing və “Evim İnşaat” izolyasiya şirkətinin kollektivinə öz dərin minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, “Leister” şirkətinin Bakıdakı rəsmi nümayəndəliyi olan “Evim İnşaat” izolyasiya şirkəti müştərilər üçün bütün növ izolyasiya işlərinin həyata keçirlməsni təmin edir. Məhsul və xidmətlərimiz haqqında ətraflı məlumat almaq üçün www.lesiterbaku veb saytı və ya facebook.com/leisterbaku facebook səhifəsi vasitəsi ilə yaxından tanış ola bilərsiniz.

Yeniliklərdən xəbardar olmaq üçün www.facebook.com/bsc.az və www.bsc.az keçidlərini izləməyi unutmayın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti