...

"Kapital Bank" İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu

İqtisadiyyat Materials 25 Aprel 2017 10:48 (UTC +04:00)
"Kapital Bank" Bakı - 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu.
"Kapital Bank" İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu

Bakı. Trend:

"Kapital Bank" Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu. Bununla bağlı 24 aprel tarixində "Kapital Bank" və Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq müqaviləsi imzalandı.

Bankdan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Bakı 2017-nin Əməliyyatlar Komitəsinin Korporativ direktoru Elçin Səfərov iştirak edirdi.

“Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. "Kapital Bank" olaraq belə tədbirə dəstək göstərməkdən qürur duyuruq. Əminliklə söyləmək olar ki, I Avropa Oyunları kimi IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq” - deyə, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti