...

Deputat: Valyutadəyişmə məntəqələrinin bərpası "qara bazarı" ləğv edəcək

İqtisadiyyat Materials 25 Aprel 2017 13:19 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valyuta tənzimi haqqında” qanuna müvafiq dəyişikliklər müzakirəyə çıxarılb.
Deputat: Valyutadəyişmə məntəqələrinin bərpası "qara bazarı" ləğv edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valyuta tənzimi haqqında” qanuna müvafiq dəyişikliklər müzakirəyə çıxarılb.

Trend-in məlumatına görə, dəyişikliklərdə Azərbaycanda fiziki və hüquqi şəxslərə valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi təklif olunur.

Millət vəkilləri bu dəyişikliyi müsbət qiymətləndirib.

Deputat Elmira Axundova bildirib ki, valyutadəyişmə məntəqələri həm “qara bazarı” ləğv edəcək, həm də ölkəmizə valyuta axınını artıracaq:

“Valyutadəyişmə məntəqələrinin açılması xarici turistlər üçün əhəmiyyət daşıyır. Xarici qonaqlar bəzən Azərbaycanda valyutanı dəyişə bilmirdilər və xarici valyuta yenidən ölkədən çıxırdı. Amma valyutadəyişmə məntəqələrinin açılması xarici turistlərə imkan verəcək ki, dolları manata dəyişsinlər. Bu həm də ölkədə turizmin inkişafına töhfə verəcək”.

Sonda "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti