...

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilmə müddəti 1 günə endirilib

İqtisadiyyat Materials 28 Aprel 2017 14:22 (UTC +04:00)
“Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi” mövzusunda tədbir keçirilib.
Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilmə müddəti 1 günə endirilib

Bakı. Trend:

İxracın təşkili və ixrac zamanı tətbiq olunan güzəştlər barədə sahibkarların maarifləndirilməsi məqsədilə bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən “Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi” mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyini vurğulayıb, sahibkarların ekspertiza sahəsində qarşılaşdıqları məsələlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi sahəsində İstehlak Mallarının Ekspertizası Mərkəzində görülən işlər barədə məlumat verib.

İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin şöbə müdiri Elçin Məlikov Azərbaycan mənşəli malların ixrac proseduru, mənşə ekpertizalarının aparılması qaydaları, ixraca tətbiq edilən güzəştlər, bu güzəştlərdən yararlanmaq imkanları barədə təqdimatla çıxış edib. Təqdimatda həmçinin vurğulanıb ki, son dövrdə aparılan islahatlar nəticəsində ixrac proseduru sadələşdirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib, sertifikatın əldə edilməsi üçün ekspertiza xərcləri 30% azaldılıb.

Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ixracatçıların maarifləndirilməsi istiqamətində Quba-Xaçmaz regional bölməsi üzrə İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində hər ayın son 2-ci günü, Aran regional bölməsi üzrə Aran Regional İnkişaf Mərkəzində hər ayın son 4-cü günü sahibkarlar üçün “Açıq qapı” günləri təşkil edilir, onlara ekspertiza sahəsində dəstək göstərilir, maarifləndirmə işləri aparılır, seminar və dəyirmi masalar təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti