...

Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

İqtisadiyyat Materials 29 Aprel 2017 12:37 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100856S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100856S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.

MBNP tərəfindən həmçinin, 24 aprel 2017-ci il tarixində Mərkəzi Bankın tədavül müddəti 28 gün və hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100756S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti