...

UNEC professoru nüfuzlu fəxri ada layiq görülüb

İqtisadiyyat Materials 1 May 2017 15:27 (UTC +04:00)
Əvəz Ələkbərova “Türk dünyası fəxri mədəniyyət və sülh səfiri” beynəlxalq adı verilib.
UNEC professoru nüfuzlu fəxri ada layiq görülüb

Bakı. Trend:

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası, Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərova “Türk dünyası fəxri mədəniyyət və sülh səfiri” beynəlxalq adı verilib.

Universitetdən Trend-ə verilən məlumata görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türklərin yaşadıqları ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılan beynəlxalq elmi təşkilatdır. Akademiya dünyanın 30-dan çox ölkəsinin tanınmış universitetləri, tədqiqat institutları, akademiyaları, bioqrafiya mərkəzləri, vəqfləri və digər qurumları ilə qarşılıqlı əməkdaşlıq edir.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti