...

İran "Peugeot" istehsalına başladı

İqtisadiyyat Materials 2 May 2017 21:00 (UTC +04:00)
İranın iri avtomobil şirkəti "Iran Khodro" iki yeni avtomobil - "Dena Plus" və "Peugeot 2008" istehsalına başlayıb.
İran "Peugeot" istehsalına başladı

Bakı. Trend:

İranın iri avtomobil şirkəti "Iran Khodro" iki yeni avtomobil - "Dena Plus" və "Peugeot 2008" istehsalına başlayıb.

Trend-in məlumatına görə, "Dena Plus" tamamilə İran avtomobili olsa da, "Peugeot 2008" Fransa ilə birgə istehsal ediləcək.

İran Prezidenti Həsən Ruhani istehsalata baş çəkib və bildirib ki, yeni avtomobil modellərinin istehsalı ölkəyə dünya bazarına çıxış üçün kömək edəcək.

Prezident qeyd edib ki, "Peugeot 2008" avtomobilinin 30 faizi ixrac ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti