...

TÜİB sədri: Bakı Limanı Orta Asiyaya yüklərin nəqlində əhəmiyyətli rol oynayacaq

İqtisadiyyat Materials 5 May 2017 11:58 (UTC +04:00)
Türk şirkətləri məhsullarını Azərbaycanda istehsal etməklə üçüncü ölkələrə ixrac etməlidir.
TÜİB sədri: Bakı Limanı Orta Asiyaya yüklərin nəqlində əhəmiyyətli rol oynayacaq

Bakı. Orxan Quluzadə - Trend:

Türk şirkətləri məhsullarını Azərbaycanda istehsal etməklə üçüncü ölkələrə ixrac etməlidir.

Trend-in məlumatına görə, bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Ali İhsan Gənç deyib.

O bildirib ki, Türkiyə şirkətlərinin Azərbaycanda məhsul istehsal etməsi olduqca sərfəlidir:

"Azərbaycanda istehsal olunan məhsul MDB ölkələrinə gömrük vergisiz ixrac edilə bilər. Azərbaycanda istehsal olunan məhsulları bir çox ölkəyə daha rahat göndərmək mümkündür".

TÜİB sədri qeyd edib ki, Ələtdə inşa edilən Bakı Beynəlxalq Ticarət Limanı Orta Asiya ölkələrinə yüklərin nəqlində əhəmiyyətli rol oynayacaq:

"Bu liman Türkiyədən gələn yüklərin Qazaxıstana və Türkmənistana daşınmasında vacib rol oynayıb. Limanın genişləndirilməsi yüklərin nəqlini daha da asanlaşdıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti