...

Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyondan çox sərnişinə xidmət göstərib

İqtisadiyyat Materials 5 May 2017 12:27 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanı ilin əvvəlindən etibarən 1 milyondan çox sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyondan çox sərnişinə xidmət göstərib

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Hava Limanı ilin əvvəlindən etibarən 1 milyondan çox sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin yanvar-aprel ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 62 min sərnişinə xidmət etmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 36 faiz çoxdur.

AZAL milli aviadaşıyıcısının payına sərnişinlərin ümumi sayının 594 min nəfəri düşmüşdür ki, bunun da 158 min nəfəri daxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınıb. 904 min sərnişin (85 faiz) beynəlxalq reyslərin payına düşür. Hava limanının beynəlxalq daşımaların ümumi payının 48,2 faizi "Azərbaycan Hava Yolları"-nın, 51,8 faizi xarici aviadaşıyıcıların payına düşüb.

İstanbul, Moskva, Dubay və Kiyev əvvəlki kimi ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edir - bu şəhərlərə sərnişin dövriyyəsi sərnişinlərin ümumi sayının 62 faizini təşkil etmişdir. Məşhur istiqamətlərin siyahısına həmçinin Tehran, Tbilisi, Doha və Sankt-Peterburq (sərnişin dövriyyəsinin 12 faizi) daxildir. Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir. Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb. Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti