...

"100 Uğurlu Imza" layihəsində ACCA təlimlərinə qəbul elan olunub

İqtisadiyyat Materials 5 May 2017 12:42 (UTC +04:00)
Vergilər Nazirliyinin Tədris Mərkəzi və İmza Qrup birgə “100 Uğurlu Imza“ layihəsi çərçivəsində ödənişsiz ACCA təlimlərinə gəbul elan olunur.
"100 Uğurlu Imza" layihəsində ACCA təlimlərinə qəbul elan olunub

Bakı. Trend:

Vergilər Nazirliyinin Tədris Mərkəzi və İmza Qrup birgə “100 Uğurlu Imza“ layihəsi çərçivəsində ödənişsiz ACCA təlimlərinə gəbul elan olunur.

Azərbaycan iqtisadiyyatının coxşahəli inkişafı, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı, şəffaflığın daha da artırılması, nağdsız əməliyyatların stimullaşdırılması maliyyə və muhasibatlıq sahələrində gənc, ixtisaslı mütəxəssislərin formalaşdırılmasına zəruriyyət yaradır.

Dünyada geniş tətbiq sahəsini tapmış ACCA proqramı, BMT və Dunya Bankı tərəfindən maliyyə və muhasibatlıq sahələrində qlobal ixtisaslaşdırma təməli kimi tövsiyyə olunur. Həmçinin, ACCA proqramı dünyanın audit firmalar və nəhəng korporasiyalar tərəfindən tanınaraq biznesin müxtəlif sahələrində karyera inkişafı yollarının seçilməsi üçün zəmin yaradır.

Birgə layihə 100 cavan və bacarıqlı insanları beynəlxalq ixtisasın alınması üçün onları ruhlandırmaq və motivasiya etmək məqsədini daşıyır.

Uğurla imtahanlardan keçən və sertifikatlara nail olan layihə iştrakçılar işəgötürənin qarşısında rəqabət üstünlüyu əldə edəcəklər.

ACCA ixtisasının əldə edilməsi 3-4 il orta müddəti olan və 14 imtahandan ibarət çətin və mürəkkəb yoldur. Bu yetərincə bahalı proses olduğundan bir çox istedadlı gənc bu ixtisası əldə etmək arzusundan imtina etməli olur.

Ölkəmizdə öz peşəkar inkişafını görən və gələcəyini Azərbaycanla baglayan hər bir gənc üçün “100 Uğurlu İmza“ real şans yaradır.

Proqram çərçivəsində aparıcı şirkətlərin rəhbərləri ilə master klass formatında görüşlər və namizədlərin hərtərəfli inkişafı və formalaşması üçün əlavə təlimlər də nəzərdə tutulur.

Layihə üçün ölkəmizin müasir gəncləri sırasından 100 bacarıqlı namizəd seçiləcəkdir. Təlimlər İmza Qrup şirkətinin tədris mərkəzində təcrübəli təlimçilər tərəfindən tədris olunacaq. Təlimlərin nəticəsində Vergilər Nazirliyinin Tədris mərkəzində rəsmi imtahanlar keçiriləcəkdir.

Ümidvariq ki, “100 Uğurlu İmza“ layihəsi bacarıqlı gənclər üçün yeni biliklərin əldə edilməsi, birgə layihələrin həyata keçirilməsi, gələcək işəgötürənlərlə görüşlərin keçirilməsi və yeni biznes birliyinin formalaşması üçün bünövrəyə çeviriləcəkdir.

Qeydiyyatdan keçmək üçün Müraciyət formunu doldurmaq və Tərcümeyi hal göndərmək kifayətdir.

Müraciət forması:

AZ: https://goo.gl/forms/FbKmxUpvK2GKiP753

ENG: https://goo.gl/forms/NI6wmyQX7GdtVtdF3

RUS: https://goo.gl/forms/BzWMQD9LuN8A5H0L2

Tərcümeyi hal [email protected][email protected] göndərilməlidir. Məktubun başlığında“100 ugurlu imza” qeyd olunmalıdır.

Əlavə məlumat üçün +994123100908, +994702704692 Pərvin Ələkbərova, +994702494692 Nigar Sariyeva.

Qeydiyyat üçün son tarix: 5 İyun 2017.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti