...

6 yaşayış məntəqəsinin yolu yenidən qurulur (VİDEO/FOTO)

İqtisadiyyat Materials 8 May 2017 12:42 (UTC +04:00)
Uzunluğu 14 km olan Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə yenidən qurulması işləri davam etdirilir.
6 yaşayış məntəqəsinin yolu yenidən qurulur (VİDEO/FOTO)

Bakı. Trend:

Uzunluğu 14 km olan Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə yenidən qurulması işləri davam etdirilir.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi eni 10 m-dir. 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni isə 6 metr təşkil edən avtomobil yolunda hazırda torpaq işləri aparılır, yol yatağı və yol əsası inşa edilir. Sözügedən işlər çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Bundan başqa 31 ədəd müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də görülüb.

Sadalanan işlərə paralel olaraq, qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri yekunlaşan hissələrin asfaltlanmasına da başlanılıb. Artıq yolun 5 km-lik hissəsinə 1 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə layihə çərçivəsində yolun 85 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyün döşənməsi nəzərdə tutulub. Görülən işlər tam başa çatdıqdan sonra zəruri olan yerlərdə yol nişanları və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Əvvəllər yolun torpaq və çınqıl örtüklü olması vətəndaşların gediş-gəlişində müəyyən çətinliklər yaradırdı. Yolun əsaslı şəkildə yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin sakinlərinin gediş - gəlişini xeyli rahatlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət etmələrinə imkan yaradacaq, ən əsası sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq. Bu isə öz növbəsində kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, Saatlı-Musalı Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələrindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti