...

Azərbaycan və Yaponiya qeyri-neft sektorunda əlaqələri genişləndirəcək

İqtisadiyyat Materials 10 May 2017 19:03 (UTC +04:00)
İqtisadiyyat naziri Şahin Mustafayev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Teruyuki Katori ilə görüşüb.
Azərbaycan və Yaponiya qeyri-neft sektorunda əlaqələri genişləndirəcək

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Teruyuki Katori ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycana səfir təyin olunması münasibəti ilə diplomatı təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Bildirilib ki, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla inkişaf edir, əməkdaşlığın genişlənməsində qarşılıqlı rəsmi səfərlər əhəmiyyətli rol oynayır. Azərbaycan və Yaponiya arasında 13-ü iqtisadi sahədə olmaqla 19 sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 iclası keçirilib. Hazırda müzakirə mərhələsində olan investisiyaların təşviqinə dair Sazişin imzalanması ölkələrimiz arasında, xüsusilə iş adamları arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacaq. Azərbaycanda 25 yapon şirkəti fəaliyyət göstərir.

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib, nəqliyyat, logistika sahəsində həyata keçirilən iri layihələr barədə məlumat verib. Vurğulanıb ki, sənaye, əczaçılıq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

T.Katori Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirib, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib, Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinə dair fikirlərini bölüşüb.

Görüşdə qeyri-neft sektorunda əməkdaşlığa, Yaponiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına investisiya qoyuluşuna, Azərbaycan məhsullarının Yaponiyaya ixracına, bu ölkəyə ixrac missiyasının təşkilinə, iş adamları arasında görüşlərin keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti