...

"AtaBank" İslamiadada gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İqtisadiyyat Materials 11 May 2017 12:30 (UTC +04:00)
“AtaBank” Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"AtaBank" İslamiadada gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı. Trend:

“AtaBank” Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Bankın aşağıdakı filialları mayın 11-dən mayın 22-dək həftə sonları daxil olmaqla, hər gün saat 09:00-dan – 21:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67 ; 09:00 – 21:00-dək (fasiləsiz)
Mərkəz filialı - Bakı şəh., Ş. Bədəlbəyli küç., 102 ; 09:00 – 21:00-dək (fasiləsiz)

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti