...

Bakı Uşaq Teatrı, uşaq musiqi və incəsənət məktəbləri Şopinq Festivalının bağlanışında iştirak edib (FOTO0

İqtisadiyyat Materials 11 May 2017 14:09 (UTC +04:00)
Bakı Uşaq Teatrı, uşaq musiqi və incəsənət məktəbləri Bakı Şopinq Festivalının bağlanış mərasimində iştirak ediblər.
Bakı Uşaq Teatrı, uşaq musiqi və incəsənət məktəbləri Şopinq Festivalının bağlanışında iştirak edib (FOTO0

Bakı. Trend:

Bakı Uşaq Teatrı, uşaq musiqi və incəsənət məktəbləri Bakı Şopinq Festivalının bağlanış mərasimində iştirak ediblər.

Aprelin 10-dan mayın 10-a dək davam edən Bakı Şopinq Festivalı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin nağaraçalanlar, “Köhnə Bakı”, “Aysel”, “Səma” rəqs ansamblları eləcə də Bakı Uşaq Teatrı tərəfindən nümayiş olunan bir-birindən gözəl,əyləncəli proqramlar turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Əyləncəli şou proqramlar həftənin bütün günlərində,“Park Bulvar”, “28 mall” ,“Gənclik mall” və İçərişəhərdə Qoşa Qala qapısı meydanında təşkil olunub.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti