...

Azərbaycanda daha bir biznes-forum keçiriləcək - İordaniya ilə

İqtisadiyyat Materials 24 May 2017 20:34 (UTC +04:00)
Azərbaycan və İordaniya iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmləndirməyi planlaşdırır
Azərbaycanda daha bir biznes-forum keçiriləcək - İordaniya ilə

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan və İordaniya iqtisadi və ticarət əlaqələrini daha da möhkəmləndirməyi planlaşdırır.

Bunu Trend-ə İordaniyanın Bakıdakı səfiri Nassar İbrahim Məhəmməd əl-Həbaşne deyib.

Onun sözlərinə görə, Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclası çərçivəsində hər iki ölkədən olan sahibkar və investorların iştirakı ilə biznes-forumun keçirilməsi nəzərdə tutulub.

Səfir qeyd edib ki, iclas zamanı tərəflər birgə müəssisələrin yaradılması imkanlarını, eləcə də dövlət müəssisələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti