...

“Azərsun Holdinq”də ənənəvi qanvermə aksiyası keçirilib (FOTO)

İqtisadiyyat Materials 24 May 2017 19:35 (UTC +04:00)
Şirkətlər qrupunda hər il olduğu kimi, bu il də “Siz qan verməklə başqalarına həyat verirsiniz!” şüarı altında qanvermə aksiyası keçirilib.
“Azərsun Holdinq”də ənənəvi qanvermə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Şirkətlər qrupunda hər il olduğu kimi, bu il də “Siz qan verməklə başqalarına həyat verirsiniz!” şüarı altında qanvermə aksiyası keçirilib.

Mərkəzi Qan Bankı ilə birgə təşkil olunan sosial aksiya “Azərsun Holdinq”in mədəniyyət mərkəzində baş tutub.

Aksiyada ilk qan verən şirkətlər qrupunun müşahidə şurasının sədri Abdolbari Goozal olub. O, aksiyanın əhəmiyyətindən danışaraq bildirib ki, qan verməklə bir insanın həyatını xilas etmək mümkündür. İllərdir ki, şirkətlər qrupunda belə bir xeyirxah aksiya keçirildiyini və belə bir xeyirxah addımın digər şirkətlərə örnək olduğunu vurğulayan Abdolbari Goozal hər kəsi bu cür aksiyalara qatılmağa dəvət edib.

Qanvermə aksiyasında holdinqin əməkdaşları aktiv şəkildə iştirak edib. Burada donorlara yüksək səviyyədə tibbi xidmət göstərilib. Toplanan donor qanları Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 11 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

Xəbər lenti

Xəbər lenti