...

Norm Sement zavodu Norm Ustalar Klubu KSM layihəsi çərçivəsində tədbir keçirib (FOTO)

İqtisadiyyat Materials 25 May 2017 10:52 (UTC +04:00)
Norm Sement Norm Ustalar Klubu Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində 6 rayonda respublikanın müxtəlif bölgələrindən olan ustaların iştirakı ilə silsilə tədbirlər təşkil edib.
Norm Sement zavodu Norm Ustalar Klubu KSM layihəsi çərçivəsində tədbir keçirib (FOTO)

Bakı. Trend:

Norm Sement Norm Ustalar Klubu Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində 6 rayonda respublikanın müxtəlif bölgələrindən olan ustaların iştirakı ilə silsilə tədbirlər təşkil edib. Tədbirlər ardıcıllıqla Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir, Masallı rayonlarında baş tutub.

Təlim xarakteri daşıyan tədbirlərdə iştirak edən Norm Ustalar Klubu-nun üzvü olan ustalara Norm Sementin peşəkar texniki dəstək heyəti tərəfdən sement məhsullarından səmərəli istifadə qaydaları, həmçinin sement məhlullarının tərkibinin optimal nisbətdə seçilməsinə dair faydalı məlumatlar verilib. Texniki dəstək heyəti ustalarla hörgü və suvaq işləri barədə yeniliklər, müasir standartlar və digər vacib məsələlər barədə geniş müzakirələr aparıb. Həmçinin, tikinti sahəsində optimal beton qarışığının əldə olunması üçün vacib şərtlər sadalanıb. Tədbirin sonunda sərbəst müzakirələrə yer ayrılıb. Ustaların sement məhsullarından istifadə edərkən ən çox qarşılaşdığı problemlərdən, onların həlli yollarıdan danışılıb.

Tədbirlər ustaların öz aralarında ünsiyyət qurması, peşələri ilə bağlı fikir mübadiləsi aparması baxımından da mükəmməl bir vasitə olub.

Norm Sement inşaat sahəsində çalışan ustaların fəaliyyətinə böyük diqqət nümayiş etdirir və Norm sementlərinin son istehlakçılar tərəfindən səmərəli istifadəsini təmin etmək məqsədilə ustaların peşəkar bilik və bacarıqlarının daim təkmilləşdirilməsinə dəstək verir.

http://www.norm.az/press/news/20170525104953407.html

https://www.facebook.com/NORMLLC/posts/1115611341872265

Məqalədə:
Xəbər lenti

Xəbər lenti