...

İnstitut və laboratoriyalar üçün Yaponiya avadanlıqları alınıb

İqtisadiyyat Materials 25 May 2017 11:32 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bir sıra institut və laboratoriyalar üçün Yaponiya istehsalı olan yeni avadanlıqlar alınıb.
İnstitut və laboratoriyalar üçün Yaponiya avadanlıqları alınıb

Bakı. Trend:

Azərbaycan və Yaponiya Hökumətləri arasında imzalanmış “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair razılığın təsdiq edilməsi barədə Notaya əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bir sıra institut və laboratoriyalar üçün Yaponiya istehsalı olan yeni avadanlıqlar alınıb.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə, Baytarlıq, Əkinçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarına, o cümlədən Respublika Baytarlıq və Zona Baytarlıq Laboratoriyalarına 23 adda 141 cihaz, alət və avadanlıq əldə edilib. Avadanlıqların satın alındığı “Ogawa Seiki Co., LTD” şirkətini Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tender əsasında seçib.

Mayın 24-dən etibarən şirkətin nümayəndələri Azərbaycanda səfərdə olacaq və avadanlıqları quraşdıraraq, onların istifadəsi üzrə təlimlər keçəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti