...

Qasırğa Moskva-Bakı qatarlarının hərəkətində problem yaradıb? - Rəsmi cavab

İqtisadiyyat Materials 30 May 2017 17:38 (UTC +04:00)
Qasırğa Moskva-Bakı qatarlarının hərəkətində problem yaradıb?
Qasırğa Moskva-Bakı qatarlarının hərəkətində problem yaradıb? - Rəsmi cavab

Bakı. Samir Əli - Trend:

Moskvada baş verən güclü qasırğa Moskva-Bakı və Bakı-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının hərəkətinə problem yaratmayıb.

Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova deyib.

Qurum rəsmisi bildirib ki, baş verən qasırğa "Azərbaycan Dəmir Yolları" QSC-nin qatarlarına mane olmayıb. Hazırda Bakı-Moskva və Moskva-Bakı marşrutu üzrə qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Qeyd edək ki, ötən gün Moskvada baş verən güclü qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb. Rusiya paytaxtının bir çox küçələrində qasırğa reklam qurğuları, ağacları aşırıb, şəxsi avtomobillərə zərər vurub. Eləcə də iki təyyarə təbii fəlakətdən zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti