...

PAŞA Bankın yeni nəsil bankomatları istifadəyə verilib

İqtisadiyyat Materials 31 May 2017 11:14 (UTC +04:00)
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank yeni nəsil ATM qurğularını müştərilərin istifadəsinə verib.
PAŞA Bankın yeni nəsil bankomatları istifadəyə verilib

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank yeni nəsil ATM qurğularını müştərilərin istifadəsinə verib.

Bankdan Trend-ə verilən məlumata görə, özündə həm bankomat, həm də avtomatik valyuta mübadilə funksiyalarını birləşdirən qurğular vasitəsilə vətəndaşlarımız və Azərbaycanı ziyarət edən xarici ölkələrin vətəndaşları günün istənilən vaxtı bank kartlarından istifadə edərək vəsaiti nağdlaşdıra biləcək, eləcə də valyuta dəyişmə məntəqələrinə getmədən xarici valyutalarını manata dəyişərək istifadə edə biləcəklər.

Yeni nəsil ATM-lərin digər bir özəlliyi ondan ibarətdir ki, nağdlaşdırma əməliyyatı etmək istəyən digər bank kartı sahiblərinə bankomatın qəbul etdiyi əskinazlar rahat təqdim edilə bilir. Bu tip qurğularda adi bankomatlardan fərqli olaraq vəsaiti qəbul edən və nağdlaşdıran əskinaz bölmələri əlaqəlidir və PAŞA Bankın təqdim etdiyi üstünlük nəticəsində sahibkar gün ərzində yığdığı vəsaiti inkassasiya xərclərini minimuma endirərək ATM-ə daxil edə bilir və eyni əskinazlar rahatlıqla digər kart sahibləri tərəfindən nağdlaşdırıla bilir.

PAŞA Bankın Baş Kommersiya inzibatçısı Melih Mengünün qeyd etdiyi kimi, ölkəmizdə yerli biznesin dirçəldiyi və respublikamıza gələn turistlərin sayının durmadan artdığı bir vaxtda bu cür “nou-xau”-lardan istifadənin genişləndirilməsi iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına növbəti bir töhfədir. “Qarşısında rəqəmsal bankçılığın inkişafını və real sektorun tələblərinin müvafiq qaydada təmin edilməsini davamlı hədəfləyən PAŞA Bank öz müştərilərinin ehtiyaclarını ödəmək üçün beynəlxalq təcrübə və ekspertiza əsasında hazırlanan yeni xidmətlər və texniki həllər bazara təqdim etməyə davam edəcək”, - M. Mengü yekünlaşdırdı.

Qeyd edək ki, yeni nəsil ATM qurğuları artıq JW Marriot Absheron, Baku Boulevard Hotel, Bilgah Beach Hotel və Four Seasons mehmanxanalarında istifadəyə verilib.

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450-dən çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür. 2014-2015 illərdə “EMEA Finance” PAŞA Bankı “Azərbaycanın Ən Yaxşı Bankı” adlandırılmışdırlar. 2016-ci ildə Bank “World Finance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, Global Finance jurnalı tərəfindən isə “Ən yaxşı bank” mükafatları ilə təltif olunub.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti