...

Vərəm xəstələrinə müavinətlərin verilmə qaydası dəyişilir - NAĞDSIZ

İqtisadiyyat Materials 1 İyun 2017 15:14 (UTC +04:00)
Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik təklif edilir.
Vərəm xəstələrinə müavinətlərin verilmə qaydası dəyişilir - NAĞDSIZ

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirilib.

İclasda qeyd olunub ki, dəyişikliyə əsasən, vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə verilən müavinətlər bundan sonra nağdsız qaydada həyata keçiriləcək.

Qeyd edək ki, indiyədək qanunda müavinətlərin hansı formada ödənilməsi qeyd edilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti