...

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçiriləcək (FOTO)

İqtisadiyyat Materials 2 İyun 2017 18:37 (UTC +04:00)
Varşavda Azərbaycan və Polşa dəmir yolları rəhbərləri arasında ikitərəfli görüş keçirilib
Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçiriləcək (FOTO)

Bakı. Trend:

Polşanın paytaxtı Varşavada Azərbaycan və Polşa dəmir yolları rəhbərləri arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Polşa Dövlət Dəmir Yolu (PKP) İdarə Heyətinin sədri Kşiştof Maminski çıxış edərək, beynəlxalq və regional layihələrin reallaşması prosesində, xüsusilə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin artırılması istiqamətində Azərbaycanın gördüyü işləri, Azərbaycan və Polşa dəmir yolları arasında əməkdaşlığın genişləndirilməsini yüksək qiymətləndirib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək bildirib ki, Azərbaycan dəmir yolunda son illər əsaslı islahatlar həyata keçirilir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C.Qurbanov bildirib ki, bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Sözügedən marşrut üzrə ilk sınaq konteyner qatarı 2015-ci ildə fəaliyyətə başlayıb. Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə yaranan marşruta sonra Ukrayna da qoşulub. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq. 2016-cı ilin dekabr ayında TBND-nin İnkişaf üzrə Əlaqələndirmə Komitəsi “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” adlı Beynəlxalq Assosiasiya yaradıb və bu qurumun qərargahı Astanada yerləşir.

Görüşdə hər iki dəmir yolu arasında əlaqələrin gələcək inkişaf perspektivləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçıvəsində əməkdaşlıq, logistik problemlərin həllində dəmir yolu administrasiyalarının birgə səyi və digər məsələlər barədə müzakirələr aparılıb.

Müzakirələrdə dövlətlərin strateji baxımdan əlverişli ərazidə yerləşdiyi vurğulanaraq, dəmir yolları sahəsində strateji əməkdaşlığı dəstəkləməkdə, təşviq və inkişaf etdirməkdə maraqlı olduqları, qarşılıqlı müzakirələrin intensivləşdirilməsi və gələcəkdə bu sahədə əməkdaşlıqdan yarana biləcək qarşılıqlı faydalar üçün potensialı araşdırmaq arzuları ifadə olunub. Eyni zamanda, Hindistan – Fars Körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin, tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək Cənub-Qərb marşrutunun inkişaf etdirilməsi sahəsində əlaqələrin qurulması və gücləndirilməsi, Azərbaycan və Polşa arasında ikitərəfli iqtisadi əlaqələrin səmərəliliyini təşviq edərək, dəmir yolu daşımalarında strateji əməkdaşlığın parametrlərini və əsaslarını müəyyən etməyin vacib olduğu vurğulanıb.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanaraq, 18-19 iyun tarixində Bakı şəhərində Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşünün kecirilməsi dəstəklənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti