...

"Xalq Bank" "Nyu-Yorka səyahət" aksiyasının 1-ci tirajının qaliblərini elan etdi

İqtisadiyyat Materials 5 İyun 2017 11:03 (UTC +04:00)
"Xalq Bank"da cari il may ayının 1-dən dekabrın 31-dək seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində Xalq Bank POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edir.
"Xalq Bank" "Nyu-Yorka səyahət" aksiyasının 1-ci tirajının qaliblərini elan etdi

Bakı. Trend:

"Xalq Bank"da cari il may ayının 1-dən dekabrın 31-dək seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində Xalq Bank POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edir.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilərin Xalq Bankın filiallarında təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlara görə, eləcə də, emitent bankdan asılı olmayaraq, tərəfdaş ticarət məntəqələrində bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanırlar. Ay ərzində toplanan xalların sayına görə on lider müştəri dəyərli hədiyyələrə sahiblənir. Dörd ayın nəticəsinə görə ən çox xal qazanan müştəri isə Bakı-Nyu-York-Bakı aviabileti qazanır. İştirakçı XAL sözünü 5555 qısa nömrəsinə göndərdikdə aksiya xalları haqda məlumatın qeyd olunduğu sms ala bilər. SMS-xidmət pulsuzdur.

2 iyun tarixdə "Nyu-Yorka səyahət" aksiyasının 1-ci tirajı keçirildi və qaliblər müəyyən olundu.

Qalib iştirakçının adı, soyadı

Xal sayı

Hədiyyə

1

Ağayev Ramid Nizami oğlu

220

"Alov" smartfonu

2

Mustafayev Ramin Vaqif oğlu

210

2 nəfərlik “Sakit Göl Hotel Şamaxı” 3 günlük istirahət

3

Tağıyev Rəşad Vaqif oğlu

205

"Sabina" P&C" Şirkətindən 50 AZN-lik hədiyyə kuponu

4

Seyidov Mahir Yusif oğlu

180

"Forelli" Geyim mağazasından 70 AZN-lik hədiyyə kuponu

5

Əliyev Cahid İlya oğlu

140

"Fleuriste" Gül dükanından 50 AZN-lik hədiyyə kuponu

6

Səmədov Tərlan Atabala oğlu

140

"Nisa Beauty" Şirkətindən 50 AZN-lik hədiyyə kuponu

7

Əzimzadə Anar Bahadil oğlu

130

“Domino’s Pizza” Restoranlar Şəbəkəsindən “30 AZN-lik hədiyyə kuponu”

8

Qafarova Elnurə Hümmət qızı

120

“Ronnefeldt Çay köşkü” ticarət məntəqəsindən “30 AZN-lik hədiyyə kuponu”

9

Bəbirov Ənvər Mirəddin oğlu

100

“Termos, bıçaq, fənər” dəsti

10

İsayeva Təranə Əlitahir qızı

100

"Selfi çubuğu, parker qələm, fotoatlas" dəsti

11

Şahbazov Fərid Fərrux oğlu

90

Azpetrol Şirkətindən “30 Litr-lik Elektron Yanacaq Talonu”

12

Məhərrəmova Aybəniz Müslüm qızı

85

Azpetrol Şirkətindən “30 Litr-lik Elektron Yanacaq Talonu”

Aksiyaya texniki dəstək Bakcell Ulduzum proqramı tərəfindən, turizm dəstəyi Qatar Airways şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təmin edilir.

Aksiya haqda daha ətraflı məlumatı və tərəfdaş ticarət məntəqələrinin siyahısını www.xalqbank.az/aksiya internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti