...

Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib (FOTO)

İqtisadiyyat Materials 5 İyun 2017 12:57 (UTC +04:00)
"The World Economic Forum" beynəlxalq təşkilatın reytinqinə əsasən, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib.
Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib (FOTO)

Bakı. Trend:

"The World Economic Forum" beynəlxalq təşkilatın reytinqinə əsasən, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, beynəlxalq təşkilatın reytinqinə əsasən, dünya ölkələri arasında isə Azərbaycan yollarına görə 50-ci yerə layiq görülüb. Bu siyahıda qonşu dövlətlər olan Rusiya 123-cü, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qəraralaşıb.

Siyahıda Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticə Tacikistandadır - 70-ci yer. Dünya ölkələri arasında Qazaxstan 108-ci, Qırğızıstanın adı isə 131-ci çəkilir.

Reytinqə əsasən ən yaxşı yollar Fransa, Biləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Portuqaliya və Omandadır. Ən pis yollar isə Moldova, Mozambik, Ukrayna, Mavritaniya, Paraqvay, Konqo və Madaqaskardadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti