...

Hacıqabul Elektrik Şəbəkəsi yenidən qurulur

İqtisadiyyat Materials 6 İyun 2017 09:49 (UTC +04:00)
Hacıqabul Elektrik Şəbəkəsinin inzibati ərazisində son iki ildə “Azərişıq” ASC tərəfindən geniş miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.
Hacıqabul Elektrik Şəbəkəsi yenidən qurulur

Bakı. Trend:

Hacıqabul Elektrik Şəbəkəsinin inzibati ərazisində son iki ildə “Azərişıq” ASC tərəfindən geniş miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.

ASC-dən Trend-ə verilən məlumata görə, istehlakçıların fasiləsiz, dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə 1.200 abonenti olan rayonun Udulu kəndində 35/10 kV-luq yeni “1-ci Udulu” yarımstansiya tikilib, 110/35/10 kV-luq “Qazıməmməd” yarımstansiyasının gücü 2 dəfədən çox artırılaraq 16 MVA olub, 36 ədəd yeni komplekt transformator məntəqəsi qurlaşdırılıb.

10 kV-luq hava xətlərində 754 ədəd dayaq basdırılıb, 50.900 metr naqil çəkilib, 0,4 kV-luq hava xətləri üzrə isə 4.163 ədəd dayaq basdırılmaqla, 73.954 metr özünüdaşıyan izolyasiyalı naqil qurlaşdırılıb.

Hazırda Hacıqabul rayonunun Nəvai və Pirsaat qəsəbələrində, Udulu, Padar və başqa kəndlərində elektrik hava veriliş xətlərinin yenilənməsi, çəkilməsi, təmiri, bərpası istiqamətində sürətli işlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti