...

Şəkidə qadınlar üçün treninq keçirilib

İqtisadiyyat Materials 6 İyun 2017 13:33 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində Sənətkarlar Evində qadın sahibkarlar üçün treninq keçirilib.
Şəkidə qadınlar üçün treninq keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində Sənətkarlar Evində qadın sahibkarlar üçün treninq keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Korporativ idarəetmə”, “Qadın sahibkarlığın inkişafında elektron xidmətlərin rolu” mövzularını əhatə edən treninqdə Azərbaycanın korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibətlərin yaradılması, Azərbaycanda qadın sahibkarlığın müasir vəziyyəti və inkişaf perspektivləri, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, tədbirdə iştirakçılara Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti