...

Çin Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlıdır (FOTO)

İqtisadiyyat Materials 20 İyun 2017 17:05 (UTC +04:00)
Bakıda Çinin Çendu şəhərinin nümayəndə heyəti ilə görüş keçirilib.
Çin Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlıdır (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çendu beynəlxalq dəmir yolu MMC-nin baş direktor müavini Zhahg Jingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (“Orta Dəhliz”), Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bütün imkanlar səfərbər olunub. Cəmiyyət sədri Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərindən daşınmasına hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşıda duran işlər müzakirə olunub.

Çendu beynəlxalq dəmir yolu MMC-nin baş direktor müavini Zhahg Jing çıxış edərək, Çin məhsullarının Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlı olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti