...

Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşüb

İqtisadiyyat Materials 28 İyun 2017 13:21 (UTC +04:00)
Gürcüstanda işgüzar səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.
Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşüb

Bakı. Trend:

Gürcüstanda işgüzar səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.

Trend bu barədə SOCAR-ın saytrına istinadən xəbər verir.

R.Abdullayev Ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət edib və abidənin qarşısına gül dəstəsi qoyub.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi V.Əliyev və “SOCAR Energy Georgia”nın baş direktoru M.Məmmədov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti