...

"Palmali" şirkətinin "Mübariz İbrahimov" tankeri İstanbulda suya buraxılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2010 15:37 (UTC +04:00)
"Palmali" Şirkətlər Qrupunun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan "Armada" tipli yeni tankeri bazar ertəsi İstanbulda "Beşiktaş" gəmiqayırma tərsanəsində suya buraxılıb.
"Palmali" şirkətinin "Mübariz İbrahimov" tankeri İstanbulda suya buraxılıb (FOTO)

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

"Palmali" Şirkətlər Qrupunun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan "Armada" tipli yeni tankeri bazar ertəsi İstanbulda "Beşiktaş" gəmiqayırma tərsanəsində suya buraxılıb. Bu barədə şirkətin məlumatında deyilir.

Uzunluğu 140, eni 16, hündürlüyü 6 metr olan yeni tanker 7 min ton yükü daşımağa qadirdir.

2009-cu il oktyabrın 8-də "Palmali" Türkiyənin gəmiqayırma zavodu ilə "Armada" tipli 10 tankerin tikilməsi haqqında saziş imzalayıb. Bu tanker adıçəkilən saziş çərçivəsində suya buraxılacaq ilk gəmidir. İkincisi isə "Kapitan Nağdəliyev" olacaq.

Birinci seriyalı "Armada" tipli tankerlərin 10-dan və "Yeni Armada" tipli beş tankerdən neft, mazut, dizel yanacağı, digər neft məhsullarının və bitki yağlarının daşınmasında, eləcə də qışda Avropa və İrlandiya ətrafında reyslər daxil olmaqla, Xəzər dənizi, Qara dəniz, Orta Aralıq, Baltik və Şimal dənizlərində daşımalarda uğurla istismar olunur.

Xəbər lenti

Xəbər lenti