...

Yayda "Böyük Bakı" layihəsi üzrə ilk dəfə ictimai dinləmələr keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2012 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Ə.Həsənov/

Bu ilin iyul ayında 2030-cu ilədək "Böyük Bakının regional inkişaf planı" üzrə ilk dəfə ictimai dinləmələrin keçirilməsi planlaşdırılır. Bu barədə cümə günü Trend-ə baş planın hazırlanması üzrə layihənin koordinatoru Novruz Eldarov bildirib.

"İkinci ictimai dinləmələr cari ilin noyabr-dekabr aylarında gözlənilir, yekun dinləmələr isə 2013-cü ilin fevral-mart aylarına planlaşdırılıb", - Eldarov qeyd edib.

Qeyd edək ki, "Böyük Bakı" layihəsinin əsas vəzifəsi böyük Bakının səmərəli şəhərsalma idarəetmə sisteminin, onun əsasında isə Azərbaycanın digər şəhər və yaşayış məntəqələrinin yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti