...

Azərbaycanda iki yeni limanı yeni şose birləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 16:36 (UTC +04:00)
"Böyük Bakının inkişaf planı" layihəsi Sumqayıt və Ələtdəki limanları birləşdirəcək şosenin tikintisini nəzərdə tutur.
Azərbaycanda iki yeni limanı yeni şose birləşdirəcək

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov/

"Böyük Bakının inkişaf planı" layihəsi Sumqayıt və Ələtdəki limanları birləşdirəcək şosenin tikintisini nəzərdə tutur.

"Gələcəkdə tikilməsi və inkişaf etdirilməsi planlaşdırılan Sumqayıt və Ələtdəki limanları Tağıyev yeni magistral xətti birləşdirəcək. O özündə şose və kommunikasiya xətlərini birləşdirir", - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" İnstitutunun direktoru İlqar İsbatov cümə günü layihənin ictimai müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, bu desentralizasiya xətti şəhərin mərkəzi hissəsini boşaltmağa icazə verəcək.

"Bu xətlə beynəlxalq və daxili yükdaşımalar həyata keçiriləcək. 2030-cu ilədək paytaxtın mərkəzinin inkişafı ilə yanaşı, iki subsentral zona da formalaşacaq", - İsbatov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti