Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Axundov/
"Paşa Həyat" həyat sığortası şirkəti ölkənin bölgələrində filial şəbəkəsi və nümayəndəliklərinin genişləndirilməsinə istiqamət alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin Risklərin idarə edilməsi şöbəsinin müdiri Pərviz Quliyev mətbuat konfransında deyib.
"Bu ilin sonunadək bölgələrdə dörd filial və nümayəndəlik açmağı planlaşdırırıq", - Quliyev qeyd edib.
Onun sözlərinə görə, şirkət hər bir filial və nümayəndəliyinin ətrafında sığorta agentləri şəbəkəsini genişləndirməyi planlaşdırır.
Hazırda şirkətin Azərbaycanda bir filialı Sumqayıt şəhərində fəaliyyət göstərir.