...

"A-Qroup"un mükafatlarının 76 faizi könüllü tibbi sığortanın payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2013 18:34 (UTC +04:00)
"A-Qroup" sığorta şirkətinin mükafatlarının 76,2 faizi könüllü tibbi sığortanın payına düşür.
"A-Qroup"un mükafatlarının 76 faizi könüllü tibbi sığortanın payına düşür

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Axundov/

"A-Qroup" sığorta şirkətinin mükafatlarının 76,2 faizi könüllü tibbi sığortanın payına düşür. Trend xəbər verir ki, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.

"I rübün nəticələrinə görə, "A-Qroup"un sığorta mükafatlarının ümumi həcmi 2,2 milyon manat təşkil edib. Yığımların əsas hissəsi könüllü tibbi sığortanın payına düşüb ki, bu da 1,68 milyon manat təşkil edib", - məlumatda qeyd olunur.

2013-cü ilin I rübü ərzində əmlak sığortası üzrə mükafatlar 48,65 min manatdan 82,57 min manatadək artıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 70 faiz üstələyir.

"Avtonəqliyyat vasitələrinin sığortası sahəsində də əhəmiyyətli nəticələr əldə edilib. Burada artım təqribən 180 faiz təşkil edib", - məlumatda deyilir.

2013-cu ilin I rübü üzrə sığorta ödənişlərinin həcmi 1,42 milyon manat təşkil edib.

"A-Qroup" sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir. İlin əvvəlində şirkət növbəti dəfə ISO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq edib. "A-Qroup" korporativ idarəetmə layihəsinin mükəmməlləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti