...

Səfir: Türkiyənin iqtisadiyyatın transformasiyası dövründə təcrübəsi Azərbaycana faydalı ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2013 12:53 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı transformasiya dövrünü keçirir və bu proseslərdə Türkiyənin təcrübəsi faydalı ola bilər.
Səfir: Türkiyənin iqtisadiyyatın transformasiyası dövründə təcrübəsi Azərbaycana faydalı ola bilər

Azərbaycan, Bakı, 3 iyun/Trend, müxbir A. Axundov/

Azərbaycan iqtisadiyyatı transformasiya dövrünü keçirir və bu proseslərdə Türkiyənin təcrübəsi faydalı ola bilər. Trend-in məlumatına görə, bunu bazar ertəsi Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Bakıda keçirilmiş Beynəlxalq "Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi" praktiki konfransında çıxışında deyib:

"Ticarət tərəfdaşları olan ölkələrdə heç də asan olmayan vəziyyətə baxmayaraq, Türkiyənin xarici ticarəti son illər dinamik artım nümayiş etdirir. Məsələn, ötən il Türkiyə xidmətlərinin ixracatı 200 milyard dollaradək artıb. Azərbaycan və Türkiyənin iqtisadiyyatı qlobal iqtisadi böhrana rəğmən, son illər inkişaf edir".

Onun sözlərinə görə, Türkiyə tərəfinin qiymətləndirmələrinə əsasən, Türkiyənin Azərbaycana investisiyaları 6,5 milyard dollar, Azərbaycanın Türkiyə iqtisadiyyatına kapital qoyuluşu 4 milyard dollar təşkil edir. Lakin, onun fikrincə, bu göstəricilərin artırılması üzrə iddialı hədəflər var.

Coşqun bildirib ki, bu prosesdə əsas məsələ siyasi iradənin olmasıdır, iki ölkə arasında münasibətlər qarşılıqlı etimada söykənib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyevin sözlərinə görə, sahibkarlığın inkişafı Azərbaycanın sosial-iqtisadi siyasətinin prioritedir.

Vəliyev bildirib ki, məqsədimiz qeyri-neft sektorunun inkişafının sürətlənməsi və bu prosesdə sahibkarlığın rolunun artırılmasıdır.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayevin sözlərinə görə, Türkiyədə mindən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir və bu, son hədd deyil.

Konfrans çərçivəsində Türkiyənin Özyeğin Erhan Erkut Universitetinin rektorunun başçılıq etdiyi nümayəndə heyətinin ikitərəfli görüşləri keçirilib, həmçinin sahibkarlığın inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti