...

Üç il ərzində Azərbaycanın bütün şəhərlərinin baş planları hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2013 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Axundov/

Üç il ərzində Azərbaycanın bütün şəhərlərinin müfəssəl baş planları hazırlanacaq. Bu barədə cümə günü Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib:

"Yeni Şəhərsalma və Tikinti Məcəlləsi şəhərlərin müfəssəl planlarının hazırlanmasını tələb edir. Həmin planlar əsasında tikintiyə icazə veriləcək. Üç il ərzində hər bir şəhərin belə planı olmalıdır".

O bildirib ki, hazırda Azərbaycanın 20 şəhərinin baş planı yoxdur.

Dövlətxanov qeyd edib: "Yeni tələblərə cavab verməyən əvvəlki baş planlar da yenidən nəzərdən keçiriləcək. Baş planı olmayan təqribən 20 şəhər qalıb. Biz onları hazırladıqdan sonra əvvəlkiləri nəzərdən keçirməyə başlayacağıq. Yeni məcəlləyə əsasən, şəhər planlaşdırılması üzrə işlərin bir hissəsi yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin öhdəliyinə verilib. İndi onlara tender elan etmək, podratçıları, məsləhətçiləri cəlb etmək səlahiyyətləri verilib. Bu işlər üçün vəsaitlər dövlət büdcəsindən ayrılır, komitə isə bu planları razılaşdıracaq".

Onun sözlərinə görə, bu il Naftalan, Mingəçevir, Qusar, Göyçay şəhərlərində planlaşdırma üzrə işlərə başlanılacaq, Zərdab, Zaqatala, Siyəzən, Yardımlı, Neftçala, Balakən şəhərlərinin planları hazırlanma mərhələsindədir, Gəncə və Sumqayıtın planları üzərində isə iş yekunklaşmaq üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti