...

Rəşt-Astara-Astara dəmiryolunun inşası üzrə işçi qrupu fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2013 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir T.Cəfərov/

Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolunun inşası ilə bağlı dörd ölkənin (İran, Azərbaycan, Rusiya və Hindistan) işçi qrupu fəaliyyət göstərəcək və bu dəmiryolun tikilməsi məsələsini araşdıracaq. Trend-in "Tasnimnews" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu İranın Dəmir Yol İdarəsinin Biznes və marketinq şöbəsinin rəisi Məhəmmədrza Məhəmmədi Ərəsi deyib.

Onun sözlərinə görə, işçi qrupu bu dəmiryolun tikilməsi, investisiyanın yatırılması və digər məsələləri müzakirə edib və müzakirələrin nəticələrini dörd ölkənin xarici işlər nazirləri müavinlərinin növbəti iclasında qərar qəbul etmək üçün təqdim edəcək.

M.M.Ərəsi deyib ki, Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolunun inşası ötən həftə Bakıda keçirilən Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi Əlaqələndirmə Şurasının 5-ci iclasında müzakirə olundu və dəmiryolun tez bir zamanda tikilib başa çatdırılmasına təkid olundu: "İranın Bəndər Abbas limanından Qəzvin şəhərinə kimi dəmiryol xətti artıq mövcuddur. Qəzvin-Rəşt dəmiryolunun tikintisi isə 2014-cü ilin birinci yarısına kimi başa çatacaq".

İran rəsmiləri Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlayıblar. Dəmiryol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb.

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmiryolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir, dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşımaları həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti