...

“AccessBank” ardıcıl olaraq dördüncü dəfə “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2013 11:36 (UTC +04:00)
“AccessBank” 11 iyul 2013-cü il tarixində Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb.
“AccessBank” ardıcıl olaraq dördüncü dəfə “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 12 iyul/Trend/

"AccessBank" 11 iyul 2013-cü il tarixində Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən "Ən Yaxşı Nəticələr" mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı Bankı" adına layiq görülüb.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, bu nominasiyada bank artıq dördüncü ildir ki, bu mükafatı qazanır.

Maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan "Euromoney" mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur. Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir.

"AccessBank"ın Baş Meneceri Michael Hoffmann mükafatı şərh edərək deyib: "Biz ardıcıl olaraq dördüncü dəfə Euromoney tərəfindən "Azərbaycanın ən yaxşı Bankı" adına layiq görüldüyümüzdən çox məmnunuq. Bu nailiyyət, bizim gərgin əməyimizin və "AccessBank"ın hər bir əməkdaşının verdiyi töhfə sayəsində əldə olunub."

"Euromoney" qrupuna, maliyyələşdirmə və bankçılıq üzrə ixtisaslaşan 100-ə yaxın müxtəlif şirkət daxildir. 1969-cu ildə şirkətin əsasını qoyan "Euromoney" jurnalı hər il Qrup tərəfindən nəşr edilir.

"АccessBank"ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank (BB+), Global Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" (2011, 2013), The Banker nəşri tərəfindən isə "İlin bankı" (2011, 2012) adına layiq görülüb. AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KFW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı və Almaniyanın LFS Financial Systems (LFS) şirkəti tərəfindən yaradılıb. Ümumilikdə Azərbaycanda Bankın 37 filialı və 1,565 əməkdaşı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti