...

Azərbaycanda növbəti üç il ərzində iqtisadi artımın güclənəcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2013 13:54 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi (İİN) Azərbaycanın qarşıdakı üç ildə sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı proqnozlar hazırlayıb.

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir E. Əliyev/

İqtisadi İnkişaf Nazirliyi (İİN) Azərbaycanın qarşıdakı üç ildə sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı proqnozlar hazırlayıb. Proqnozlarda 2014-2016-cı illərdə ölkəmizin iqtisadi inkişaf tempinin artacağına, iqtisadiyyatda əsas ağırlıq mərkəzinin qeyri-neft sektorunun üzərinə düşəcəyinə dair nikbin göstəricilər əksini tapıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Vergilər Nazirliyinin "Vergilər" qəzetində dərc olunan məqalədə bildirilir.

İİN-in İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradovun sözlərinə görə, 2014-cü ildə qeyri-neft sektorunun inkişafı 10,4 faiz, 2015-ci ildə 10,9 faiz, 2016-cı ildə isə 10,5 faiz proqnozlaşdırılır.

Proqnozlara əsasən, qarşıdakı üç il ərzində ümumi daxili məhsulda (ÜDM) neft sektorunun payı 51 faizdən 22 faizə düşəcək. Hesabat dövründə qeyri-neft sektorunun payı müvafiq olaraq 49 faizdən 78 faizə qədər artacaq. Ümumiyyətlə, 2020-ci ilədək qeyri-neft sektorunda iki dəfədən çox artımın qeydə alınacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti