...

“TuranBank” Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarına kredit faizlərində endirim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2013 14:20 (UTC +04:00)
“TuranBank” Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarına kredit faizlərində 2 faiz endirim edir. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.
“TuranBank” Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarına kredit faizlərində endirim edir

Azərbaycan, Bakı, 23 avqust /Trend /

"TuranBank" Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarına kredit faizlərində 2 faiz endirim edir. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli sərəncamı ilə hər il avqustun 23-ü Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Əsas vəzifələri Azərbaycan Prezidentinin, yüksək vəzifəli rəsmi şəxslərin, mühüm dövlət əhəmiyyətli obyektlərin, ixrac neft-qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti yaradıldığı tarixdən indiyədək şərəfli inkişaf yolu keçib.

"TuranBank" Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır.

"TuranBank", 23, 26, 27 avqust tarixləri aralığında peşə bayramları münasibətilə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 2 faizlik endirim edir! Göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə 2 faizlik endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

"TuranBank", müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. "TuranBank"ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın hal-hazırda 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından,https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti