...

İqtisadi İnkişaf Nazirliyi: Azərbaycan qlobal rəqabət qabiliyyəti indeksi üzrə MDB ölkələri arasında I yerini qoruyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2013 17:23 (UTC +04:00)
Azərbaycanda rəqabət qabiliyyəti göstəriciləri yaxşılaşmaqda davam edir. Bunu çərşənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov Dünya İqtisadi Forumunun dərc etdiyi qlobal rəqabət qabiliyyəti reytinqində ölkənin mövqeyinin yaxşılaşmasını şərh edərkən deyib.
İqtisadi İnkişaf Nazirliyi: Azərbaycan qlobal rəqabət qabiliyyəti indeksi üzrə MDB ölkələri arasında I yerini qoruyub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda rəqabət qabiliyyəti göstəriciləri yaxşılaşmaqda davam edir. Bunu çərşənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov Dünya İqtisadi Forumunun dərc etdiyi qlobal rəqabət qabiliyyəti reytinqində ölkənin mövqeyinin yaxşılaşmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun son hesabatında da Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən MDB ölkələri arasında birinci yerini saxlayıb.

Ə.Muradov qeyd edib ki, hesabata görə 2013-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb: "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" (QRQİ) illik hesablanır. Hesabatın hazırlanmasında statistik məlumatlardan və şirkət rəhbərlərinin sorğusunun nəticələrindən istifadə edilir. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatının hazırlanmasında dünyanın 148 ölkəsində fəaliyyət göstərən iş adamları arasında sorğu keçirilib. Hesabatda hər bir ölkə üzrə rəqabət qabiliyyətliliyin həm güclü, həm də zəif tərəfləri işıqlandırılır".

Onun sözlərinə görə, Dünya İqtisadi Forumu QRQİ-nin hesablanması üçün 12 göstəricidən istifadə edir: "Bunlar institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialıdır".

Ə.Muradov bildirib ki, beləliklə də son bir il ərzində Azərbaycanın rəqabət qabiliyyəti indeksi 4.41-dən 4.51-ə qalxıb və bununla da ölkəmiz dünya sıralamasında 7 pillə irəliləyib.

Onun sözlərinə görə, "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycan bəzi göstəricilər üzrə xüsusilə yaxşı nəticələr əldə edib: "Belə ki, "makroiqtisadi vəziyyət" göstəricisi üzrə ölkəmiz dünyada 8-ci, "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə isə 30-cu yerə layiq görülüb. Son bir il ərzində ölkəmiz "texnoloji səviyyə" göstəricisi üzrə 11 pillə, "makroiqtisadi sabitlik" və "maliyyə bazarının inkişafı" göstəriciləri üzrə 10 pillə irəliləyib. Hesabatda Azərbaycan bəzi alt göstəricilər üzrə ilk 20-yə daxil olub: "inflyasiyanın illik səviyyəsi" (1-ci yer), "işə götürmə və işdən azad etmə praktikası" (8-ci), "ümumi milli yığımın ÜDM-ə nisbəti" (10-cu), "ümumi dövlət borcunun ÜDM-ə nisbəti" (13-cü), "qabaqcıl texnoloji məhsulların dövlət satınalması" (14-cü)".

Cədvəl 1. Azərbaycan "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında

2013-2014 hesabatı

2012-2013 hesabatı

Fərq

Göstəricilər

Yer

Bal

Yer

Bal

Yer

Bal

İndeks üzrə ümumi nəticə:

39

4.5

46

4.4

+9

+0.1

Əsas tələblər üzrə göstəricilər

44

4.9

56

4.8

+12

+0.1

İnstitutların keyfiyyəti

59

4.1

63

4.0

+4

+0.1

İnfrastruktur

69

4.1

71

3.9

+2

+0.2

Makroiqtisadi sabitlik

8

6.4

18

6.0

+10

+04

Səmərəliliyə dəstək göstəriciləri

66

4.1

67

4.1

+1

0.0

Ali təhsil və peşəkar hazırlıq

87

4.0

89

3.9

+2

+0.1

Maliyyə bazarının inkişafı

88

3.8

98

3.7

+10

+0.1

Texnoloji səviyyə

50

4.2

61

4.0

+11

+0.2

Daxili bazarın həcmi

72

3.6

76

3.5

+4

+0.1

Ə.Muradov qeyd edib ki, ümumiyyətlə, son illərdə Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatlarda nəticələri yaxşılaşıb: "Belə ki, son 9 ildə ölkəmiz "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatları üzrə 30 pillə - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2013-cü ildə 39-cu yerədək irəliləyib.

Onun sözlərinə görə, 2005-2013-cü illər ərzində Azərbaycan ilə yanaşı, MDB ölkələri arasında yalnız Qazaxıstan və Rusiyanın rəqabət qabiliyyəti indeksləri yaxşılaşıb: "Belə ki, Qazaxıstanın və Rusiyanın "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatları üzrə dünya sıralamasında mövqeləri 11 pillə yaxşılaşıb".

Cədvəl 2. Qlobal Rəqabət Qabiliyyəti İndeksi: Azərbaycanın və MDB

2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

Azərbaycan

69

64

66

69

51

57

55

46

39

Belarus

-

-

-

-

-

-

-

-

-

Ermənistan

79

82

93

97

97

98

92

82

79

Qazaxıstan

61

56

61

66

67

72

72

51

50

Qırğızıstan

116

107

119

122

123

121

126

127

121

Moldova

82

86

97

95

-

94

93

87

89

Özbəkistan

-

-

62

-

-

-

-

-

-

Rusiya

75

62

58

51

63

63

66

67

64

Tacikistan

104

96

117

116

122

116

105

100

-

Türkmənistan

-

-

-

-

-

-

-

-

-

Ukrayna

84

78

73

72

82

89

82

73

84

Ölkələrin sayı

117

125

131

134

133

139

142

144

148

Qlobal rəqabət qabiliyyəti səviyyəsinə görə ilk 5-likdə yer almış ölkələr İsveçrə (5.67 bal), Sinqapur (5.61), Finlandiya (5.54), Almaniya (5.51) və ABŞ-dır (5.48).

Qlobal rəqabət qabiliyyəti indeksi üzrə ən pis göstəricilər isə Çad (2.85 bal), Qvineya (2.91) və Burundi ölkələri üzrə (2.92) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti