...

“28 Cinema” mövsümün ilk kampaniyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2013 18:15 (UTC +04:00)
Hər zaman müştərilərini müxtəlif aksiya və kampaniyaları ilə sevindirən, Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” növbəti kampaniyasına start verir.
“28 Cinema” mövsümün ilk kampaniyasına start verir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend /

Hər zaman müştərilərini müxtəlif aksiya və kampaniyaları ilə sevindirən, Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" növbəti kampaniyasına start verir. Bu barədə kinoteatrdan Trend-ə daxil olan məlumatda bildirilir.

Kinoteatr sentyabr ayının 12-dən etibarən milyonlarla tamaşaçının rəğbətini qazanan "Yaramaz Mən 2" animasiya filminin nümayişlərinə başlayır və həmin cizgi filminə 1 bilet, 2 ədəd Koka-Kola içkisi və böyük popkorn alan hər kəsə hədiyyə oyuncaqlar təqdim olunacaq. Oyuncaqlar isə qeyd olunan animasiya filminin qəhrəmanları "Minyon"lardır.

Cizgi filmi Qryu və minyonların yeni əhvalatından bəhs edir. Qryu - keçmiş super cinayətkar, ailə həyatına uyğunlaşmaq və biznes sahəsində təmiz pul qazanmaq istədiyi vaxt, Arktikanın gizli laboratoriyaları tərəfindən oğurlanır. Anti-Cinayətkarlar liqası qərar verir ki, araşdırmalarda Qryu və yeni əsgərlərə ehtiyac var. Ekssentrik agent Lyusi Uayld ilə Qryu birgə nəticəyə gəlirlər ki, əsas şübhəli şəxs, ölmüş sabiq super cinayətkar El Maçodur. Lakin uşaqlarına olan sevgi və

Lyusiyə qarşılıqlı cazibə hissi olan Qryu səhv yola düşür.

Biletləri kinoteatrın kassalarında əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 118 nömrələrinə zəng vurmaqla sifariş edə bilərsiniz.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti