...

Tədqiqatçılar CO2 qazını metanola çevirmək üçün yüksək effektli üsul işləyib hazırlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2013 14:44 (UTC +04:00)
Kanadanın Laval Universitetinin (Kvebek) tədqiqatçıları CO2 qazını ekologiya üçün əlverişli və zərərli tullantıların miqdarı xeyli az olan, nəqliyyat yanacağı kimi istifadə olunan metanola çevirmək üçün yüksək effektli üsul işləyib hazırlamışlar. Professor Jorj Frederik Fonteynin rəhbərlik etdiyi alimlər qrupu bu kəşf haqqında məlumatları “Amerika Kimya Cəmiyyətinin Jurnalı”nın son nömrəsində təqdim edib.
Tədqiqatçılar CO2 qazını metanola çevirmək üçün yüksək effektli üsul işləyib hazırlayıblar

Kanadanın Laval Universitetinin (Kvebek) tədqiqatçıları CO2 qazını ekologiya üçün əlverişli və zərərli tullantıların miqdarı xeyli az olan, nəqliyyat yanacağı kimi istifadə olunan metanola çevirmək üçün yüksək effektli üsul işləyib hazırlamışlar. Professor Jorj Frederik Fonteynin rəhbərlik etdiyi alimlər qrupu bu kəşf haqqında məlumatları "Amerika Kimya Cəmiyyətinin Jurnalı"nın son nömrəsində təqdim edib.

Tədqiqatçılar uzun illər boyu enerjiqoruyucu proseslərdən istifadə etməklə metanolun bir mərhələdə karbon dioksidə çevrilməsi üsulunu axtarırdılar. "Metanol oksigenin iştirakı ilə yandırıldığı zaman CO2 və su alınır", - professor Fonteyn deyir. "Kimyaçılar əks reaksiyanı əmələ gətirə bilən katalizatorlar axtarırlar. Bu, bizə yer altından çıxarılan yanacaqdan asılılığımızı azalda biləcək yanacağın sintezi vasitəsilə havaya istixana qazlarının tullantılarını azaltmağımıza imkan verə bilərdi".

Jorj Frederik Fonteyn və onun komandası tərəfindən işlənib hazırlanmış katalizator iki kimyəvi qrupdan ibarətdir. Birincisi Boran - borun, karbonun və hidrogenin birləşməsidir. İkincisi isə fosfordan, karbondan və hidrogendən ibarət olan Fosfindir. "СО2-ni metanola çevirmək üçün indiyə kimi işlənib hazırlanmış katalizatorların əksəriyyətindən fərqli olaraq, bizim katalizatorun tərkibində metal yoxdur və bu da həm xərcləri, həm də katalizatorun toksik təhlükəsini azaldır", - professor əlavə edib.

СО2-nin metanola çevrilməsi üçün hidrogen və kimyəvi enerji mənbəyinin olması tələb olunur. Tədqiqatçıların ağlına Hidroboran (BH3) adlanan birləşmədən istifadə etmək fikri gəlib və təcrübənin nəticələri gözləniləndən daha da effektiv olub. Reaksiya indiyədək məlum olan ən yaxşı katalizatorlarla əldə olunan göstəricidən iki dəfə daha effektiv keçib və bu reaksiyadan ayrılan tullantıların miqdarı xeyli az olub. Yeni kəşfi daha da cəlbedici edən fakt isə odur ki, bu kimyəvi reaksiya katalizatoru zədələmir və onun aktivliyi yeni daşıyıcını daxil etməklə bərpa oluna bilər.

Əməliyyatın yeganə çatışmamazlığı hələlik yalnız onun qiymətidir. "Bugünkü gün bu proses baha başa gəlir", - professor Fonteyn izah edir. "Hidroboranın sintezi böyük enerji xərcləri tələb edir. Lakin biz hazırda reaksiyanın optimallaşdırılması və hidrogenin digər mənbələrinin tədqiq edilməsi yolu ilə bu prosesin daha sərfəli olması üzərində işləyirik".

Mənbə: Laval Universiteti və Nanowerk News - www.nanowerk.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti