...

"AccessBank"ın yeni xidməti bütün plastik kart sahibləri qazanc gətirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 12:59 (UTC +04:00)
AccessQazanc – bank kartı ilə ödənilən malın dəyərinin bir qisminin geri qaytarılmasını nəzərdə tutan unikal bir xidmətdir.
"AccessBank"ın yeni xidməti bütün plastik kart sahibləri qazanc gətirəcək


Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

"AccessBank" yeni AccessQazanc layihəsini həyata keçirməyə başlayıb. Artıq, AccessBank plastik kartlarının sahibləri AccessQazanc layihəsinə qoşulmuş ticarət obyektlərində nağdsız ödəniş həyata keçirərkən ödədikləri məbləğin 17%-dək hissəsini öz kartlarına geri ala biləcəklər.

AccessQazanc - bank kartı ilə ödənilən malın dəyərinin bir qisminin geri qaytarılmasını nəzərdə tutan unikal bir xidmətdir. Bu o deməkdir ki, mala və ya xidmətə görə ödənilən məbləğin müəyyən hissəsi müştərinin kart hesabına geri qaytarılır. Qaytarılan məbləğ ödəniş edən zaman müştərilərə təqdim olunan çeklərin üzərində göstərilir. Müştərilər bu xidmətdən müxtəlif marketlərdə, restoranlarda, eləcə də geyim, ayaqqabı, məişət texnikası, mobil telefon mağazalarında, tibbi mərkəzlərdə və digər ticarət obyektlərində və xidmət sahələrində istifadə edə bilərlər. AccessQazanc layihəsi Bankın həm debet, həm də kredit kartlarının sahibləri üçün nəzərdə tutulub. Qaytarılan vəsait daha sonra istənilən qaydada istifadə oluna, o cümlədən bankomatlardan nağd şəkildə çıxarıla bilər.

Qeyd etmək lazımdır ki, AccessBank-ın bütün plastik kart sahibləri, bu proqrama qoşulan təşkilatların xidmətlərindən istifadə edərkən qazanc əldə edəcəklər. AccessQazanc layihəsinə qoşulmuş təşkilatların siyahısı ilə əlavə olunmuş linkə daxil olaraq tanış olmaq mümkündür.
AccessBank 2002-ci ildə QDTİB, AYİB, BMK, KfW, Access Holding və Almaniyanın məsləhətçilik şirkəti olan LFS Financial Systems (LFS) kimi təşkilatlar tərəfindən yaradılıb. AccessBank mikro və KOB müəssisələrinin kreditləşdirilməsi ilə məşğul olur. Bütünlüklə Azərbaycanda AccessBank-ın 37 filialı fəaliyyət göstərir və burada ümumilikdə 1,565 nəfər əməkdaş çalışır. Fitch Ratings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək reytinq olan BB+ reytinqi ilə təltif edib.

Daha ətraflı məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlaya bilərsiniz:
(99412) 408 23 47, 408 23 87 və ya [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti