...

Dövlət Komitəsi: Böyük Bakının baş planı ilin sonuna hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 15:54 (UTC +04:00)
2030-cu ilədək "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması cari ilin sonuna kimi yekunlaşacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
Dövlət Komitəsi: Böyük Bakının baş planı ilin sonuna hazır olacaq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Əliyev/

2030-cu ilədək "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması cari ilin sonuna kimi yekunlaşacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

C.Qocayev deyib ki, hazırda baş planın üzərində işlər aparılır. Baş plan "2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"na daxil edilib. Dəqiqləşdirmə xarakterli müxtəlif işlər görülür və biz cari ilin sonuna kimi planın hazırlanmasını yekunlaşdıracağıq, bundan sonra isə planı təsdiq edilməsi üçün müvafiq qurumlara təqdim edəcəyik".

Onun sözlərinə görə, Azərbaycanda belə bir layihə ilk dəfədir həyata keçirilir:

"İndiyə qədər ayrı-ayrı regionların baş inkişaf planları olmayıb, lakin zaman göstərdi ki, Abşeron yarımadası ilk növbədə kompleks yanaşmanı tələb edir, çünki Bakının və paytaxtın ətrafında yerləşən Sumqayıt və Xırdalan şəhərlərinin sosial-iqtisadi problemləri zamanla kəsişdi və bir-birinə qarışdı".

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda kifayət qədər arxitektor var, lakin şəhər planlaşdırılması sahəsində ixtisaslı kadrların çatışmazlığı müşahidə olunur:

"Bu məqsədlə tender elan edilib və tenderin yekunlarına görə, ABŞ, Avstraliya və digər ölkələrdən bir sıra beynəlxalq şirkətlər cəlb edilib. Bundan əlavə, İspaniyadan layihənin ekoloji hissəsi ilə məşğul olacaq şirkət cəlb edilib. Ekologiya dünyanın bütün böyük şəhərlərinin bir nömrəli problemidir və Bakı da bu mənada istisna deyil. Söhbət atmosferin çirklənməsindən, ərazilərin yaşıllaşdırılmasındam, o cümlədən şəhərin ekoloji vəziyyətinə təsir edən digər mənfi halların azaldılmasından gedir. Bakı uzun illərdir mədənlərlə əhatə olunub ki, bu da havaya atılan zərərli maddələrin səviyyəsinə təsir edib. Bundan əlavə, ildən-ilə əhalinin rifahı yaxşılaşıb, nəqliyyat vasitələrinin sayı hiss edilən dərəcədə artıb ki, bu da paytaxt atmosferinin çirklilik səviyyəsini artırıb. Şəhərin inkişafı ilə səs-küyün səviyyəsi artıb ki, bundan da Bakı sakinləri əziyyət çəkir. Tərəfimizdən dəvət olunan şirkətlər yuxarıda adıçəkilən amillərlə mübarizə və onların aradan qaldırılması üzrə kompleks tədbirlər paketi, o cümlədən şəhər ərazisinin yaşıllaşdırılması ilə bağlı tədbirlər planı hazırlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti