...

Ekspert: Azərbaycanda tikinti bazarının inkişafı ölkənin iqtisadi nailiyyətlərini əks etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 19:24 (UTC +04:00)
Azərbaycanda tikinti bazarının inkişafı ölkənin əldə etdiyi uğurların göstəricisidir. Trend-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqini şərh edərkən bildirib.
Ekspert: Azərbaycanda tikinti bazarının inkişafı ölkənin iqtisadi nailiyyətlərini əks etdirir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda tikinti bazarının inkişafı ölkənin əldə etdiyi uğurların göstəricisidir. Trend-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqini şərh edərkən bildirib.

C.Qocayev deyib: "Builki "BakuBuild" sərgisini əvvəlki sərgilərdən fərqləndirən xüsusiyyət var. Budəfəki sərgi Azərbaycanda prezident seçkilərinin yekunlaşmasından (9 oktyabr) bir müddət sonra keçiriləcək. Azərbaycan sosial-iqtisadi inkişafın misli görünməmiş templəri hesabına bütün dünyanın diqqət mərkəzindədir. İqtisadiyyatın tikinti sektorunun artımı yalnız bu inkişafı əks etdirmir, həm də ölkə başçısının siyasi iradəsinin göstəricisidir".

Onun sözlərinə görə, son 10 ildə Azərbaycan böyük inkişaf yolu keçib: "Mən hər hansı rəqəm səsləndirmək istəməzdim, onların hamısı Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı zamanı, eləcə də onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında açıqlanıb. Bu uğurlar bütövlükdə və xüsusilə tikinti sektorunda asanlıqla əldə edilmir. Bu uğurlar tikinti sektorunda çalışan bütün işçilərin - layihəçilər, arxitektorlar, mühəndislər və digər mütəxəssislərin əməyinin nəticəsidir".

C.Qocayev qeyd edib ki, bundan əlavə, tikinti sektorunda xarici tərəfdaşlarla əməkdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edir: "Bu sahədə xeyli sayda həm xarici müəssisələr, həm də xarici kapitalın iştirakı ilə şirkətlər iştirak edir. İxtisaslaşdırılmış sərgilərdə iştirak edən xarici şirkətlərin sayı ildən-ilə artır. Azərbaycan müəssisələri xarici tərəfdaşlarla aktiv şəkildə əməkdaşlıq edir ki, bu da bizim müstəqilliyimizin göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti