...

"TuranBank"ın müddətli əmanətlər portfeli il ərzində 30 faizdan çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2013 19:07 (UTC +04:00)
2013-cü il dekabr ayının 1-nə "TuranBank"ın aktivləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 16,59%, ilin əvvəli ilə müqayisədə isə 11,86% artaraq 242,823 mln. manat təşkil edib.
"TuranBank"ın müddətli əmanətlər portfeli il ərzində 30 faizdan çox artıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

2013-cü il dekabr ayının 1-nə "TuranBank"ın aktivləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 16,59%, ilin əvvəli ilə müqayisədə isə 11,86% artaraq 242,823 mln. manat təşkil edib.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 12,78%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 14,63% artaraq 181,893 mln. manata çatıb.

Cari ilin yanvar-noyabr ayları üzrə bankın müştəri hesabları və depozit portfeli 109,3 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 32,2% artaraq 57,884 mln. manat təşkil edib.

1 dekabr 2013-cü il tarixinə bankın nizamnamə kapitalı 40 mln. manat təşkil etməklə ilin əvvəli ilə müqayisədə 33,34% artıb.

Hesabat dövründə bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 43,61%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 33% artaraq 45,769 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.

2013-cü ilin yanvar-noyabr ayları üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 25,110 mln. manat, xərcləri isə 20,234 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 4,876 mln. manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti