...

"PAŞA Həyat" Azərbaycan sığorta tarixində ən iri sığorta ödənişini həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2013 10:50 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə Azərbaycan sığorta tarixində ən iri sığorta ödənişini həyata keçirib.
"PAŞA Həyat" Azərbaycan sığorta tarixində ən iri sığorta ödənişini həyata keçirib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə Azərbaycan sığorta tarixində ən iri sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, "PAŞA Həyat" tərəfindən sığorta olunmuş işçi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirib.

Baş vermiş hadisə barədə qanunvericiliyin tələblərinə uyğun məlumatlar toplanaraq "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"na müvafiq olaraq, "PAŞA Həyat" tərəfindən zərərçəkmişə 136,535 min manat həcmində birdəfəlik ödəniş verilib.

Bununla da, "PAŞA Həyat Sığorta" ASC qanunvericiliyə əməl olunması və üzərinə götürdüyü müqavilə öhəliklərinin tam yerinə yetirilməsi prinsiplərinə daim sadiq olduğunu bir daha nümayiş etdirib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq "PAŞA Həyat Sığorta" tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödənişlərin verilməsi halları artıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında sözügedən sığorta növü üzrə 670 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

"PAŞA Holding" şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin 11 ayı üzrə şirkət yığımlarının (32,963 mln.manat), həmçinin nizamnamə kapitalının (25,200 mln. manat) həcminə görə Azərbaycanın həyat sığortası bazarının lideridir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti